Xalq artisti Rasim Balayevin 70 illik yubileyi qeyd edildi

AMEA Mərkəzi Elmi Kitabxanası Xalq artisti, Prezident təqaüdçüsü, Şöhrət ordenli Rasim Balayevin 70 illik yubileyini qeyd edib. Olaylar.az bildirir ki, "Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı" adlanan tədbirdə Mədəniyyət Nazirliyinin, AMEA-nın, Mədəniyyət və İncəsənət Universitetinin, Akademik Milli Dram Teatrının, "Veysəloğlu" şirkətlər qrupunun əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, aktyorun sənət doğmaları, Türkiyədən olan sənətçilər iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan MEK direktoru Leyla İmanova bildirib ki, MEK fondlarında "Rasim Balayev" kateqoriyasına aid edilmiş kitab, jurnal, dissertasiyalar, eləcə də Rasim Balayevin iştirakı ilə çəkilmiş filmlər, intervyular və verilişlər Mərkəzi Elmi Kitabxananın elektron kataloqu ilə yanaşı Milli Rəqəmsal Bazasına daxil edilmiş və istifadəçilərin ixtiyarına verilmişdir. L.İmanova qeyd edib ki, MEK informasiya istehsalçısı olaraq, nəzdində yaradılan Vikipediya Metodik Mərkəzi, "Qorqud" Viki-könüllülər qrupu "Şəms" Tərcümə Xidmətləri Mərkəzi ilə birlikdə Rasim Balayevin Azərbaycandilli vikipediyadakı səhifəsini redaktə etmiş, ərəb, fars, türk və gürcü dilli vikipediyalarda Rasim Balayevin viki-səhifəsini yaratmış, bununla da informasiya məkanında mövcud boşluq qismən də olsa aradan qaldırılmışdır. Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev görkəmli aktyorun sənətindən, yaradıcılığından danışıb. Yubilyarı təbrik edən E.Əliyev aktyora can sağlığı, yaradıcılıq uğurları arzulayıb.

Sonra musiqili tədbirin tərtibatına uyğun olaraq incəsənət və mədəniyyət xadimlərinin çıxışları və ifaları dinlənilib. Sonda Xalq artisti Rasim Balayev öz ürək sözlərini bölüşüb, yubiley gecəsinin təşkilatçısı olan MEK-ə və bütün sənət dostlarına xüsusi minnətdarlığını və ehtiramını bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR