Mövsümün son tamaşası - “Qarabağnamə”

İyulun 14-də Akademik Milli Dram Teatrını mövsümü  "Qarabağnamə" tamaşası ilə yekunlaşdıracaq.

Olaylar.az bildirir ki, ötən mövsümdə teatrda yeni "İuda", "Cəhənnəm sakinləri", "Qətibə İnanc", "Rəqs edə pinqivinlər", "Şah Qacar", "Gəl baharım, gəl yazım", "Bir iki, bizimki", "Qəribə, çox qəribə, əhvalat", "Sinif yoldaşları", "Manqurt", "Ah, bu uzun sevda yolu"  tamaşaları təhvil verilib

Akademik Milli Dram Teatrı həmçinin Konya şəhərində keçirilən "Min nəfəs, bir səs" Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi "Cəhənnəm sakinləri" tamaşasını oynayıb.

Teatrı Mədəniyyət və İncəsənət Universiteti ilə yaradıcı əlaqələri də yüksək səviyyədədir. Belə ki, universitetdə rejissorluq təhsili alan diplomantlar teatrımızın Abbas Mirzə Şərifzadə səhnəsində tamaşalar hazırlayıb, tələbə aktyorlar bir neçə tamaşada böyük sənətkarlarımızla birgə səhnəyə çıxıb, teatrşünaslıq ixtisasında təhsil alanlarla isə peşəkar yaradıcılıq işi aparılıb.

Qeyd edək ki, teatr yeni mövsümdə bir sıra yeni premyeralarla teatrsevərlərin görüşünə gələcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR