Nuri Suri xalqı təxribatlara uymamağa çağırdı - FOTO

İyulun 10-da Gəncədə baş vermiş iğtişaş ölkənin bir çox nüfuzlu şəxslərinin, siyasət və həmçinin sənət nümayəndəlirinin də diqqət mərkəzindədir.

"Olaylar" xəbər verir ki, Xalqımızı bu günlərdə birliyə, bərabərliyə səsləyən şəxslər sırasında müğənni Nura Suri də yer alıb.

Xanım sənətçi bu barədə şəxsi "instagram" hesabı üzərindən paylaşım edib:

"Ay camaat, ayılın! Bu, dövlətimizə qarşı provakasiyadır. Liviya, Suriya və s. ölkələrin halına baxın. Bizim düşmənimiz başqa xalqdır. Azərbaycanlılar bir olmalıdı. Bir-birimizə dayaq olmalıyıq. Vətənimizi düşmənlərdən qorumalı, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda bir olmalıyıq. Təxribata uymayın. Düşmənləri sevindirməyin. 
Sovet dönəmində yağı, əti talonla aldığınız vaxtları unutmayın. Suyu saatla verirdilər, çörək almaq üçün millət səhər altıdan növbəyə dururdu. Biz axı pis günlərin nə olduğunu bilirik. Nə qədər oğullarımız, qızlarımız vətən uğrunda həlak olub. Onların ruhuna hörmət qoyun".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR