Sevdanın video görüntüsü təəccübləndirdi

Müğənni Sevda Yahyayeva sənətə yeni gəldiyi vaxtlarda səhnədə çəkilən videosunu paylaşıb. Onun bu görüntüləri birmənalı qarşılanmayıb. Belə ki, bəziləri Sevdanın burada kişiyə bənzədiyini yazıblar.

Müğənni keçmişindən utanmadığını bildirib.

"Əslində onu yazan adamlar uğursuz və tənbəl insanlardır. Mən keçmişimdən utanmıram və utanılası da heç nə yoxdur. O videoda olduğum kimiyəm. Onda uşaq idim. Yazırlar ki, kişiyə oxşayır və s. Yazsınlar, amma o qədər gözəl insanlar var ki, xoş sözlər yazdılar. Mən sənətə yeni gəldiyim vaxtlarda kraliça qızı olmamışam, keçmişimi də hamı yaxşı bilir".

Qeyd edək ki, müğənni bu sözləri ARB-nin "Səhər-səhər" verilişində deyib.

Həmin görüntüləri təqdim edirik:

Yenicag.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR