Muzeydə yeni etnoqrafik materiallar

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə yeni materiallar - XX əsrin əvvəllərinə aid iki misgərlik nümunəsi olan badya və çömçə, həmçinin örpək təqdim edilib.

Badyanın üzərində ərəb əlifbası ilə "Sahibi Seyfulla" sözləri həkk olunub. Kənarları qızılı haşiyəli və saçaqlı, tünd mavi rəngli örpək Azərbaycan xanımının tarixi geyim tərzini, estetik zövqünü öyrənmək üçün dəyərli materialdır.

Eksponatlar dövrün etnoqrafik tarixini tədqiq və təbliğ etmək baxımından əhəmiyyətlidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR