Qara Qarayev - “Əsrin hüdudlarını aşan sənətkar”

Rusiya Milli Musiqi Muzeyində dahi Azərbaycan bəstəkarı, SSRİ və Azərbaycan Xalq Artisti, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Əsrin hüdudlarını aşan sənətkar" adlı sərgi açılıb.

Olaylar.az bildirir ki, sərgi Rusiya Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycanın Moskvadakı səfirliyinin dəstəyi və Heydər Əliyev Fondunun iştirakı ilə təşkil edilib.

Muzeyin direktoru Mixail Brızqalov çıxışında sərginin təşkili ideyasının necə yarandığından, müxtəlif fondlardan, Rusiya və Azərbaycan muzeylərindən, şəxsi kolleksiyalardan böyük səylə eksponatlar toplandığından danışıb. Amma sərginin ən maraqlı eksponatı, şəksiz ki, Tahir Salahovun dünya şöhrətli "Bəstəkar Qara Qarayevin portreti" əsəridir. Qeyd edək ki, bu əsər 1962-ci ildən Tretyakov Qalereyasından kənarda nümayiş etdirilməyib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, bu gün o, həm səfir, həm də Qara Qarayevin yetirməsi kimi çıxış edir. Polad Bülbüloğlu çıxışı zamanı qeyd edib ki, Qara müəllimin sinfində təkcə bəstəkarlıq sənətinin sirlərinə yiyələnmirdik, həm də həyatı öyrənirdik.

Sərgi ilə tanışlıqdan sonra Qara Qarayevin əsərlərindən ibarət konsert olub.

Sərgi avqustun 26-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR