“İlahi Komediya. Cəhənnəm” tamaşası Musiqili Teatrda

Bakıda keçirilən İran Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrında Titovak Teatrı aktyorlarının iştirakı ilə "İlahi Komediya. Cəhənnəm" tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, səhnə əsərinin müəllifi və rejissoru İbrahim Poştkuhidir.

Tamaşadan əvvəl Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadim Əliqismət Lalayev və İranın mədəniyyət və islam irşad nazirinin müavini Seyid Moctəba Hüseyni çıxış ediblər.

Qeyd olunub ki, Titovak Teatrı ilk dəfə Azərbaycanda bu ilin may ayında "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində U.Şekspirin "Maqbet" faciəsinin motivləri əsasında hazırlanmış "Maqbet-Zar"tamaşası ilə çıxış edib.

1997-ci ildə İranın Hörmüzgan vilayətinin Bəndər Abbas şəhərində fəaliyyətə başlayan Titovak Teatrı dünyanın bir çox ölkələrində sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb, o cümlədən XI və XVII Fəcr Beynəlxalq Teatr Festivalında müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR