Şəkidə növbəti beynəlxalq musiqi festivalı

Şəkidə "İpək Yolu" IX Beynəlxalq Musiqi Festivalı işə başlayıb.

Olaylar.az bildrir ki, Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, istedadlı ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak ediblər.

Tədbirin təntənəli açılış mərasimində festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq doqquzuncu dəfədir keçirilən Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının bu dəfə də unudulmaz anlarla yadda qalacağını bildirib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin "festivallar şəhəri" kimi tanındığını vurğulayıb.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti olub. 

Konsert proqramının sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib.

Festival çərçivəsində iyunun 28-də günorta saatlarında Şəki xan sarayının həyətində Şəkinin "Zirvə" ansamblının konserti olacaq.

Festival iyulun 1-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR