Cümhuriyyətin 100 illiyinə həsr olunmuş muğam

İyunun 21- də Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş muğam konserti keçiriləcək.

Olaylar.az bildirir ki, konsertdə Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Əməkdar artist Nuriyyə Hüseynova və onun  tələbələri çıxış edəcəklər.  Gecədə ADMİU-nun müəllimi, dosent, Əməkdar  artist Azad Şükürov Azərbaycan şairlərinin qəzəlləri və şeirlərini səsləndirəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR