Borcalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan Respublikasına rəsmi səfəri çərçivəsində   Rustavi və Marneulidə bir sıra tədbirlərdə iştirak edib, görüşlər keçirib. 

Nümayəndə heyətinin iştirakı ilə Rustavi şəhərində  Heydər Əliyev adına parkda ümummilli liderin heykəli önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra Fuad Muradov  Borcalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandarın evində təşkil edilən anım günündə iştirak edib. Görüşdə aşığın xatirəsi yad edilib, onun məktəbinin davamçısı olan aşıqların çıxışları dinlənilib. Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin qonşu Gürcüstana səfəri bu ölkənin mətbuatında da geniş işıqlandırlıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR