Muğam müsabiqələrinin qalibləri yeni layihədə

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının "Muğamat var olan yerdə"adlı birgə layihəsi çərçivəsində növbəti konserti keçirilib.

Olaylar.az bildirir ki, layihə çərçivəsində Televiziya Muğam Müsabiqələrinin qalibləri Səbinə Ərəbli, Almaxanım Əhmədli və Pərviz Qasımov öz proqramları ilə çıxış ediblər.

Konsertə Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına  "Xatirə" xalq çalğı alətləri ansamblı "Mahur" rənginin ifası ilə  başladı. Ansamblın bədii rəhbəri, xalq artisti Adil Bağırovdur. Xanəndələr Könül Məmmədli və Elgiz Əliyevin ifasında xalq və bəstəkar mahıları səslənib.

Yadda qalan ifalardan biri də Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından görüş səhnəsi olub ki, onu da K.Məmmədli və E.Əliyev birlikdə duet şəklində ifa ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR