Ümummilli liderin fəaliyyəti filmdə

İyunun 14-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkilatçılığı ilə "Qalxan və qılınc" sənədli filminin təqdimatı keçiriləcək. Ekran əsəri ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilib.

Olaylar.az bildirir ki, filmdə sovet dövründə xalqımıza qarşı erməni təxribatının qarşısının alınmasında və cinayətkarların cəzalandırılmasında o zaman təhlükəsizlik orqanlarında xidmət edən Heydər Əliyevin rolu vurğulanır.

Dövlət sifarişi ilə ekranlaşdırılan filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, operatoru Ramin Şahbazov, montaj rejissoru Coşqun Zahidov, səs rejissoru Nurani İsgəndərov, icraçı prodüseri Orxan Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR