Kimdir müqəssir? – Bakı Uşaq Teatrı

İyunun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı yeni tamaşa ilə çıxış edəcək.

Olaylar.az bildirir ki, Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında hazırlanmış "Kimdir müqəssir?!" adlı tamaşaya rejissor Elşən Zeynallı quruluş verib.

Premyera Dövlət Gənc Tamaşaçılar Teatrının binasında oynanılacaq.

Tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR