“Nuri-didə Ceyhun” üçün Türkiyədən Bakıya gəldi

Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi əsasında hazırlanan möhtəşəm tamaşasının premyerası teatr aləmində böyük əks-səda yaratdı.

Olaylar.az bildirir ki, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa teatrsevərlərin böyük diqqət və marağına səbəb olub.

Türkiyədən məhz bu tamaşanın sorağı ilə gəldiyini qeyd edən Mərmərə Universitetinin "Güzel Sanatlar" fakültəsinin tələbəsi Əlirza Şahbazi fikirlərini daha dolğun ifadə edib: "Mən saytlarda "Nuri-didə Ceyhun" tamaşasının premyerası barədə anonsu görəndə çox sevindim və məhz bunun üçün Bakıya gəldim. Cümhuriyyətimizin 100 illiyinin belə gözəl bir tamaşa ilə insanlara çatdılırması mənimçün gözlənilməz surpriz oldu. Həqiqətən də, yüz ilin haqqını verən bir tamaşa idi. Və mən bundan böyük zövq aldım...

Əməkdar artist Pərviz Məmmədrzayevin xüsusi peşəkarlıqla belə bir tarixi şəxsiyyət, ictimai xadim - Ceyhun Hacıbəylinin obrazını canlandırması tədqirəlayiqdir.

Mən dünyanın bir çox adlı-sanlı teatrlarında olmuşam, amma inanın ki, belə yüksək səviyyədə

Teatrın direktoru, dəyərli ziyalımız, Əliqismət Lalayevə və onun kollektivinə bu tamaşaya görə təşəkkürümü bildirirəm, Əliqismət müəllim istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənardakı Azərbaycan teatrlarının təqdimatında və inkişafında mükəmməlliyə üstünlük verən, gənc istedadlı kadrlara diqqət və qayğısını əsirgəməyən teatr xadimidir... Onun rəhbərliyi ilə belə bir teatrda işləmək çoxları kimi mənim də arzumdur. Mən bu tamaşadan sonra öz sənətimi daha da çox sevməyə başladım...."

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR