“Üzümə elə sözlər dedilər ki, şoka düşdüm” – Naibə Allahverdiyeva

"Aktyorlar, aktrisalar çox kövrək olurlar, hər şey xətirlərinə dəyir. Mən də bir çoxlarından incimişəm. Qəlbim küsüb, ad çəkmək istəmirəm. Sənətçilərin nazı ilə oynamaq lazımdır. Mən öləndən sonra da deyəcəklər ki, heyf, zamanında Naibədən istifadə edə bilmədik".

Bu sözləri açıqlamasında əməkdar artist Naibə Allahverdiyeva deyib.

Bir müddət öncə səhhətində problemlər olan aktrisa hazırda özünü yaxşı hiss etdiyini bildirib:"Səhhətimlə bağlı çox söz-söhbətlər oldu. Biri dedi Naibə ölüb, biri dedi dəli olub. İndi yaxşıyam. Biz sənət adamları həmişə depressiyadayıq. Bizə həssas yanaşın. Biz müxtəlif  obrazlar yaradırıq. Onların həyəcanına, kədərinə ortaq oluruq. Ona görə qəlbimiz qırıq, özümüz həssas oluruq. Şükür Allaha, hazırda özümü yaxşı hiss edirəm".

Əməkdar artist ailə həyatından da danışıb: "Şəxsi həyat mənə məxsusdur. Hər kəsin həyatında problemlər olur. Keçən dəfə bibimoğlugilə getmişdim. Qonşuları üzümə elə sözlər dedilər ki, şoka düşdüm. Ailəmiz haqqında çoxlu şayiələr yayırlar. Guya, yoldaşım məni atıb qaçıb. Mən də yoldaşıma zəng etdim. Dedim ki, Yusif, deyirlər, məni atıb getmisən. Dedi ki, sən məni tərk etmə, mən heç vaxt səni qoyub, getmərəm".

Musavat.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR