“Gizli istiqlalçılar” sənədli filmi təqdim edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Cümhuriyyət tariximiz qürurumuzdur" layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində "ARB Aranfilm"in ərsəyə gətirdiyi "Gizli istiqlalçılar" sənədli filminin təqdimatı keçirilib.

Olaylar.az bildirir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov əhali arasında maarifçilik işinin həyata keçirilməsində, gənclərin dünyagörüşünün genişlənməsində sənədli filmlərin rolundan danışıb.

"ARB Aranfilm" Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Tahiroviç tədbir iştirakçılarına yaradıcılıq prosesində baş verən maraqlı məqamlardan söhbət açıb. Filmin ideya müəllifi professor Qulu Məhərrəmli Cümhuriyyət tariximizin öyrənilməsində və təbliğində bu cür sənədli filmlərin rolundan bəhs edib.

Film professor Asif Rüstəmlinin tədqiqatları əsasında çəkilib. Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Əminə Həsənli, icraçı prodüseri Nicat Məmmədov, prodüseri İqbal Məmmədəliyevdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR