Rusiyalı balet ustaları “Jizel”də

İyunun 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanin "Jizel" baletinin tamaşası keçiriləcək.

Olaylar.az bildirir ki, tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Mariya Vinoqradova (Jizel) və David Motta Soares (qraf Albert) ifa edəcəklər. Qeyd edək ki, qraf Albert rolunun ifaçısı D.Soares Braziliya balet məktəbinin yetirməsidir.

Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri - Ayan Eyvazova (Mirta) və Timur Oduşev (Hans) iştirak edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR