“İstədiyim kimi yaşamışam” monotamaşası nümayiş olundu

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mehriban Abdullayevanın iştirakı ilə U. Luis "İstədiyim kimi yaşamışam" monotamaşası oynanılıb. 

Olaylar.az bildirir ki, ad günündə öz monotamaşası ilə sənətsevərlərin görüşünə gələn aktrisa müasir dövrlə səsləşən dinamik və maraqlı səhnə əsərini təqdim etdi.

Səhnə əsərinin quruluşçu rejisssoru Xalq artisti, rejissor Ağakişi Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sona Mustafayevadır

Tamaşa bir qadının həyatının ruh halının tədricən dəyişən xarakterini əks etdirir. Böyük alqışlarla qarşılanan tamaşadan sonra teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovun adından aktrisaya təbrik ünvanlandı və gül dəstəsi təqdim edildi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR