AXC-nin 100 illiyinə həsr olundu- “Azərbaycanım mənim”

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında 2017-ci ildə imzaladığı Sərəncama əsasən "Azərbaycanım mənim" adlı tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi ilə birgə təşkil olunub. Tədbiri keçirməkdə məqsəd məktəblilər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd olunması, Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin, mübarizələrlə dolu tarixinin öyrənilməsi, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasıdır.

Mərkəzin direktoru Lalə Qəti çıxış edərək Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib. O, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəliyyəti barədə məlumat verərək bildirib ki, mərkəz tərəfindən belə maarifləndirici tədbirlər mütəmadi olaraq keçirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR