Rəssam Bayram Hacızadənin əsərləri sərgiləndi

Milli İncəsənət Muzeyində Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi açılıb.

Olaylar.az bildirir ki, rəssamın 50 illiyinə həsr olunan sərgi Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılışından öncə mədəniyyət nazirinin müavini Ədalət Vəliyev çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Karikaturaçı rəssamın zəngin yaradıcılığından bəhs edən nazir müavini sərginin ekspozisiyasında yer alan əsərlərin özəlliyi haqqında məlumat verib. Bayram Hacızadənin karikatura tarixinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində fəaliyyətini, bu sənət növünün inkişafında xidmətlərini yüksək qiymətləndirən Ə. Vəliyev ona yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev və Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov rəssamın zəngin yaradıcılığından danışıb, onun əsərlərinin özəlliyindən söz açıblar.

Sərgi çərçivəsində Bayram Hacızadənin müəllifi olduğu "Kirpi"nin rəssamları" adlı kitabının təqdimatı da olub. Üç cilddən ibarət kitabda 1952-1991-ci illər "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq edən rəssamların, karikatura ustalarının yaradıcılığı və fəaliyyəti haqqında ətraflı məlumat yer alıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR