"Maşın"ın iştirakçıları arasında onlar da var

Mayın 28-də ATV-də əməkdar artist Murad Dadaşovun aparıcılığı  ilə "Maşın" realiti-şousuna start veriləcək. 

İyunun ortalarına qədər davam edəcək telelayihədə ümumilikdə 18 nəfər avtomobil uğrunda mübarizəyə qatılacaq. 

"Xanımlar və cənablar- 2" devizi ilə ekrana çıxacaq proqrama qatılan məşhurların bir neçəsinin adı məlum olub.  Əldə etmiyimiz məlumata görə, səs-küylü proqramda 3 tanınmış aparıcı - Fira Cəlilova, Günel Hümbətova, İlhamə Bədəlova, son zamanlar duetləri ilə populyarlaşan Pərviz Bülbülə və Türkan Vəlizadə iştirak edəcək.

Bundan əlavə, proqrama Sevil və Sevinc Səfərova dəvət olunsa da, onlar "Maşın"dan imtina ediblər. Buna səbəb kimi işlərinin çox olmasını göstəriblər. Qafqazinfo.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR