I Etüd Müsabiqəsinin qala konserti keçirildi

Beynəlxalq Muğam Mərkəzində "Sürət və cürət" adlı I Etüd Müsabiqəsinin qala konserti keçirilib.

Konsert Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində reallaşıb.

Olaylar.az bildirir ki, ilk olaraq ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanı, professor               Ceyran Mahmudova çıxış edərək müsabiqənin məqsədi və əhəmiyyəti haqqında danışıb.

"Sürət və cürət" adlı I Etüd Müsabiqəsinin III yerə- Nigar Hüseynov, Gülnar Axundova,Zaur Məmmədov II yerə-Nurlan Abdullazadə,Günel Fərzəliyev, Elməddin İbrahimov, I yerə -Züleyxa Şıxıyeva, Pərvin Paşazadə və Qran Priə isə-Ramiz Sevdiməliyev  layiq görülüblər. 

Daha sonra tədbirdə qalib və laureatların ifasında F.Şopenin, S.Raxmaninovun, Q.Qarayevin, F.Əmirovun,  A.Məlikovun, K.Çerninin,A.Əliyevin, A.Skyrabinin əsərləri səslənib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR