“Azərbaycan” adlı tematik markalar albom-kitabı

AMEA Mərkəzi Elmi Kitabxanasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərmarka" şirkəti tərəfindən "Azərbaycan" adlı tematik markalar albom-kitabı hədiyyə edilib.

Olaylar.az bildirir ki, şirkətin Azərbaycan və ingilis dillərində çap edilmiş ən son nəşri olan albom-kitabda "Azərbaycan təbiəti", "Azərbaycan memarlığı", "Azərbaycan - tolerantlıq məkanı", "Azərbaycanın kosmosdan görüntüləri", "Azərbaycan idmanı", "Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət növləri", "Azərbaycan musiqi alətləri", "Azərbaycan mətbəxi" bölmələri yer alıb.

Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, milli adət-ənənələrini dünyada təbliğ etmək baxımından informativ dəyər kəsb edən albom-kitab MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına da daxil edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR