“Unudulmayanlar”  layihəsində Şövkət Ələkbərova xatırlandı

Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı yeni irimiqyaslı layihə  həyata keçirir. Layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olunmasıdır. Olaylar.az bildirir ki, layihə çərçivəsində Xalq artisti, Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın yaradıcılığına həsr olunub.

Gecəni Azərbaycan Yazıçılar və Jurnalistlər Biriliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı aparıb. Tədbir Cahangir Cahangirovun Məhəmməd Füzulinin sözlərinə yazılmış "Füzuli" kontatası ilə açılıb. Tədbirdə Şövkət Ələkbərovanın həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş olunub. Şövkət xanımın bədii filmlərdə istifadə edilmiş ifalarından hazırlanmış video-çarx da tamaşaçıların marağına səbəb olub. Şövkət Ələkbərovanın kino yaradıcılığı haqqında kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə məlumat verib.

"Xan Şuşinski " fondunun rəhbəri ,böyük xanəndənin qızı Bəyimxanım Cavanşirova Verdiyeva atası ilə Şövkət xanım Ələkbərova arasında olan yaradıcılıq və dostluq münasibətindən danışıb.

Musiqişünas,professor, görkəmli bəstəkar Emin Sabitoğlunun qızı Ceyran Mahmudova Şövkət xanımın mahnı yaradıcılığının bədii - estetik xüsüsiyyətləri haqqında fikirlərini bölüşüb. 

Gecədə Əməkdar artistlər Gülüstan Əliyeva,Nuriyyə Hüseynova,İlahə Əfəndiyeva,Almaz Orucova,xanəndələr Kamilə Nəbiyeva,Sərxan Bünyadzadə Şövkət Ələkbərovanın repertuarından mahnılar səsləndiriblər.

Şövkət Ələkbərovanın nəvəsi, ADA Univerisitetinin tələbəsi Şövkət Səfərova çıxış edərək, nənəsinin xatirəsinə göstərilən diqqət və qayğı üçün ölkə rəhbərinə ailəsi adından təşəkkür edib.Tədbiri Azərbaycan Dövlət Akademik Filarmoniyasının ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayevdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR