Teatr sənəd qəbulu elan edib

Azərbaycan Dövlət Musiqili Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər.

Bu barədə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev məlumat verib.

O deyib: "Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. İstər yaradıcı heyət, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə isə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. İstedadlı kadrlara çox ehtiyacımız var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə yeniliklər nəzərə çarpacaq", - deyə Ə.Lalayev söyləyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR