Misir azərbaycanlı uşaqların gözü ilə - Sərgi

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzin və "Esmeralda" Rəsm Studiyasının birgə təşkilatçılığı ilə "Misir Azərbaycan uşaqlarının gözü ilə" adlı sərgi keçirilmişdir.

Olaylar.az bildirir ki, sərginin iştirak edən Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim bildirmişdir ki, Misirlə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələr birgə əməkdaşlığın möhkəmləndirilməsində və xalqlarımız arasında qarşılıqlı anlaşmada mühüm rol oynamış, mədəni əlaqələr qurulduğu andan davamlı şəkildə inkişaf etmişdir. Misirlə Azərbaycan arasında elmi-mədəni əməkdaşlıqda canlı bir körpü rolunu oynayan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Misir incəsənətinin və mədəniyyətinin özəlliklərini çatdırmaqda öz töhfəsini verir.

Sonra çıxış edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi Azərbaycanlı gənclərin incəsənətə, mədəniyyətə böyük maraqlarından, Misirdə keçirilən beynəlxalq rəsm müsabiqələrində yüksək nəticələr əldə etmiş qaliblər haqqında məlumat verdi.

Daha sonra "Esmeralda" Rəsm Studiyasının rəhbəri rəssam Esmeralda Tağızadə 2011-ci ildən etibarən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əməkdaşlıqdan, birgə həyata keçirilmiş layihələrdən, Azərbaycan Rəssamlaq İttifaqında, Azərbaycan Rəssamlıq Akademiyasında keçirilmiş sərgilər barədə məlumat verdi.

Sonda ziyarətçilər "Misir Azərbaycan uşaqlarının gözü ilə" adlı rəsm sərgisində nümayiş etdirilən əsərlərlə tanış oldular.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR