“Teatr ruhu” əsəri təqdim edildi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın tanınmış rəssamlarında biri, eyni zamanda Universitetin "Rəssamlıq" fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi olan Vüqar Əlinin "Teatr sənəti" fakültəsi üçün işlədiyi iki böyük həcmli tablonun və bir triptixin açılışı olub. Açılış Universitetin rektoru Fərəh xanım Əliyevanın sözləri ilə başlayıb. Universitetin prorektoru Validə xanım Məmmədova, görkəmli rəssam Arif Əziz və müəllifin çıxışları ilə davam edib. Rəssam "Teatr ruhu" adlı əsərini Azərbaycan teatr günü münasibəti ilə yaratmış və "Teatr sənəti" fakültəsinə hədiyyə edib.

Müəllifin tablolarının əsas mövzusu teatr olsa da, süjet mövzunun hüdudlarını aşır və burada təsviri sənətin bütün sahələrinin vəhdəti önə çıxaraq memarlıq, heykəltəraşlıq və rəssamlığı simvollar vasitəsi ilə özündə birləşdirir.

Pərdə formatlı tablolarda əks olunan rəsm təkcə təsvir xarakteri daşamır. Burada rəssam gerçək həyatla teatr arasında bir əlaqə yaradaraq, onları simvolik zəmində tamaşaçılara təqdim edir. Yaşamın anları, kədər və sevinc, qadın və kişi, ikili məna oyunu emosiyalarla və simvollarla ifadə olunub.

Əsərdə Vüqar Əli tərzinə uyğun dekorativlik, teatrallıq və monumentallıq mövcuddur. Kompozisiyada formalar nə qədər stilizə olunsa da monumental baxımlılıq bir o qədər saxlanılıb. Texniki cəhətdən həndəsi kəsimlərə malik pərdə formatı əsərdəki həndəsi xətlərlə də tamamlanır. Tarixi abidələrin bozumtul koloriti əsərdə dominantlıq edən isti koloritdə əriyir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR