""Whatsapp"da mənə söyüşlər yazırdılar" - Murad Dadaşov - VİDEO 

ARB TV-nin "Açıq pəncərə" proqramının qonağı olan Əməkdar artist Murad Dadaşov maraqlı açıqlamalarla yadda qalıb. Şoumen bir çox insanların sosial şəbəkədə təhqirlərə yol verməsinin səbəbini açıqlayıb: "İnsanların natamam həyatından irəli gəlir. Bir qrup şəxslər var idi ki, "Facebook"da, digər sosial şəbəkələrdə, hətta "whatsapp"da da mənə nalayiq söyüşlər yazırdılar. Mən o sözlərin çox kobud formasını eşidəndə belə başa düşdüm ki, insanlar həyatda böyük bir travma ilə üzləşiblər. Hər şeyin təhəri var. Biz sanki sosial şəbəkələrdə qaydasız döyüşdəyik". Milli.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR