Elnurdan “Eurovision”a etiraz: “Öz mahnılarımızı yazaq”

Ölkəmizi "Eurovision" yarışmasında iki dəfə təmsil edən Elnur Hüseynov mahnı seçimi ilə bağlı etiraz edib. Məlumata görə, müğənni müsabiqə üçün əcnəbi bəstəkarlara müraciət olunmasını qınayıb. 
O bildirib ki, yarışmaya öz bəstəkarlarımızın mahnıları göndərilməlidir: "Bu sözü hər zaman demək istəyirdim. Vaxt gəldi ki, özümüz öz mahnılarımızı yazıb ölkəmizi təmsil etməliyik". Qeyd edək ki, 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə "Eurovision"da Gövhər Həsənzadənin bəstələdiyi, sözlərini Zəhra Bədəlbəylinin yazdığı "Day After Day" mahnısını səsləndirib. Ondan sonra müsabiqə üçün əcnəbi bəstəkarlarla müraciət olunub. Axşam.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR