Qara Qarayevin yaradıcılığı elektron formatda

Azərbaycan musiqisinn böyük simalarından biri, bəstəkar, pedaqoq, xalq artisti akademik Qara Qarayevin 100 illik yubileyinə töhfə olaraq AMEA Mərkəzi Elmi Kitabxanasında bəstəkara aid bütün sənədlər elektron kataloqa daxil edilib, rəqəmsallaşdırılıb və elektron formatda oxucuların istifadəsinə verilib. Qara Qarayevə aid rəqəmsal baza M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına da hədiyyə olunub. Bəstəkarın bütün not əsərləri, haqqında yazılmış kitablar MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

Məlumat üçün bildirək ki, Milli Rəqəmsal Yaddaş layihəsinin məqsədi Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR