“Ezop” Beynəlxalq Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ( "Sabah" qrupu) -aktyor sənəti ixtisası üzrətəhsil alan IV kurs tələbələri tərəfindən  Gilyerme Fiqeyredonun "Ezop" qəhrəmanlıq komediyası nümayiş olunub. Olaylar.az bildirir ki, tamaşa Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində reallaşıb.

Tamaşanın quruluşçu rejissoru,Xalq artisti Cənnət Səlimova,  musiqisi isə Cahangir Zülfüqarovundur. Anşlaqla keçən səhnə əsərində Ezop obrazını - Hilal Dəmirov, Kleyanı-Sevgin Rzayeva, Ksanfı-Corc Qafarov, Melitanı - Könül  Ələkbərova, Kapitanı -Orxan İsgəndərli, Həbəşi -Məhəmməd Musayev canlandırıb.

Əsərin obrazlarını  canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri, əsərin məzmununa uyğun qurulan səhnə dekoru tamaşaçılar tərəfindən maraqla və alqışla qarşılandı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR