Vasif efirdə qab yudu

Əməkdar artist Vasif Məhərrəmli "Zaurla Günaydın" verilişində qab yuyub. Məlumata görə, müğənni təmizkarlığından danışıb. O bildirib ki, evdə hər şeyə nəzarət edir: "Axşam evə gəlirəm, görürəm bir-iki stəkan var. Onları özüm yuyuram. Əgər evdə bir şey yerindən götürülürsə, o mütləq ora qaytarılıb qoyulmalıdır".

Zaur Baxşəliyev isə onun haqqında "Vasif çox vasvasıdır. Hətta toyunda Qazaxda gəlini gətirdik. Həyətdə gəlinin ayağının altında qurban kəsdilər. Qan töküldü yerə. Vasif necə qışqırdısa. Deyir, bura nə qədər xərc çəkmişəm"sözlərini deyib. Axşam.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR