Elza İbrahimovanın xatirəsi anılacaq

Fevralın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Muzeydən Olaylar.az - a  bildirilib ki, həzin nəğmələr müəllifinin yubiley mərasimində bəstəkarın həyat və yaradıcılığından söhbət açılacaq, ömrünü əks etdirən videogörüntü nümayiş olunacaq.

Tədbirdə incəsənət ustaları bəstəkarın mahnılarını ifa edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR