Atasının ölümü əkizlərlə Damlanı barışdırdı?

Xəbər verdiyimiz kimi tanınmış ifaçı Damlanın atası bu gün axşam saatlarında dünyasını dəyişib. Damlaya ilk başsağlığı küsülü olduqları Sevil Sevinc bacılarından gəlib. Belə ki, bacılar öz şəxsi hesablarında Damlanın acısını daha çox onların anladıqlarını və ona səbr dilədiklərini bildiriblər:

"Ata itirmək nə qədər ağırdı onu yalnız yaşayan bilər. Mən heç bir xanıma bu günü arzu etmirəm. Vaxt, zaman bu yaranı sağaldır deyirlər, amma yalandı. Hər gün göz yaşında boğulursan. Hər söz sənə daha çox toxunur. Hər uğurunu atanın görməsini və fəxr etməsini istəyirsən. Damlaya səbr diləyirəm. Allah rəhmət eləsin, artıq anan üçün evin həm atası, həmdə ki, qızı olacaqsan." Big.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR