Muğam Mərkəzi yeni möhtəşəm  “Aşıq musiqisi axşamları” adlı layihə təqdim edildi

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Aşıq musiqisi axşamları" adlı yeni möhtəşəm layihəyə start verildi. Layihə çərçivəsində "Koroğlu"ya qayıdaq" konsert-tamaşa keçirildi. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə həyata keçirilir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilib.

Olaylar.az bildirir ki, "Koroğluya qayidaq" adlı tədbirdə "Koroğlu"dastanının "Koroğlu  və Dəli Həsən", "Koroğlunun İstanbul səfəri"boyları əsasında qurulmuş səhnələr tamaşaçılıara təqdim olunub.

Tamaşada aşıq Əli Zeynəlabdinov, aşıq Kəmalə Mehdiyeva, aşıq Qələndər Zeynalov, aşıq Altay Məmmədli, aşıq Kərəm Vəliyev, aşıq Gözəl Zalova, aşıq Ramin Qarayev, aşıq Əfsanə Kərimli, aşıq Səbinə İbrahimova, aşıq Toğrul İbrahimov, aşıq Əhməd Vəliyev, aşıq Neymət Qasımlı, Ələkbər Kərimli (balaban) "Misri", "İrəvan çuxuru", "Laçını", "Hüseyni", "Gəraylı","Dübeyti", "Oğuz oğlu", "Dəli Koroğlu", "Osmanlı Divanisi", "Kərəm gözəlləməsi", "Paşa köçdü",  "Araz gülü", "Koroğlu Dübeyti" aşıq havalarını ifa ediblər.

Lahiyə çərçivəsində  "Ələsgərin saz-söz dünyası", "Zərif əllər, incə tellər", "Aşıq Şəmşir seiri", "Yada salaq Aşıq Ədaləti", "Yeni səslər, qədim havalar" adlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

Ümumiyyətlə, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin  təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir.  Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib.

Qeyd edək ki, layihənin informasiya dəstəyini Azərtac, Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı, Azərbaycan Radiosu və "Baku" jurnalı həyata keçirir. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR