Filmimiz “Bronx World Cinema” film festivalında

Yanvarın 12- də ABŞ-ın Nyu-York şəhərində "Bronx World Cinema" adlı film festivalına start verilib. Yanvarın 14-dək davam edəcək müəllif filmləri festivalında ölkəmizi rejissor Məzahir Həşimovun "Debüt" studiyasında lentə aldığı "Eliza" filmi təmsil edəcək.

Bədii rəhbəri kinorejissor, Xalq Artisti Eldar Quliyev olan ekran əsərinin ssenari müəllifi Yelena Andreyeva, operatoru Yuri Varnovski, rejissor assistenti Cabir Hacıyev, montajçı Elşən Bağırovdur. Filmdə Dəniz Tacəddin, Toğrul Rza və Hicran Nəsirova rol alıb.

Qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlayan "Bronx World Cinema" festivalı dünya kinosunun təbliğinə xidmət edir. Müxtəlif mədəniyyətləri bir arada təqdim etmək festivalın əsas məqsədlərindəndir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR