Azərbaycanlı rəssam 14-cü Beynəlxalq Karikatura Festivalında

Rəssam Soltan Soltanlı Suriyada ənənəvi olaraq keçirilən 14-cü Beynəlxalq Karikatura Festivalında ölkəmizi təmsil edir. Bu haqda Olaylar.az - a məlumat verən rəssam bildirib ki, festivalın builki mövzusu "Musiqi və həyat"dır.

Rəssam Soltan Soltanlı  festivala  iki əsərlə qatılıb. Ötən il həmin yarışmada Soltan Soltanlının "At kimindir" əsəri seçilən yüz əsərlə birgə kataloqa daxil edilib. Rəssamın festivala təqdim etdiyi növbəti əsəri "Musiqiçi" adlanır.

Qeyd edək ki, yarışmada əsərlər beynəlxalq juri tərəfindən seçilir.

Olaylar.az Soltan Soltanlının ötən il və bu il  Suriyada keçirilən Beynəlxalq Karikatura Festivalındakı əsərlərini təqdim edir:

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR