Flora Kərimovadan səhhəti ilə bağlı AÇIQLAMA

Xalq artisti Flora Kərimova xəstəxanaya düşməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 76 yaşlı müğənni müayinə üçün xəstəxanaya getdiyini qeyd edib. F.Kərimova səhhətinin də qaydasında olduğunu söyləyib: "Mən xəstəxanada heç yatmamışam. Yazıblar da...Sadəcə olaraq gedib özümü müayinə edib qayıtmışam. Səhhətim qaydasındadır, hər şey normaldır".  

Qeyd edək ki, yeniçağ.az sənətçinin "Travmatologiya"ya yerləşdirildiyini, hazırda yataq rejimində olduğunu yaymışdı. Qafqazinfo.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR