"Vaxtı ilə Tacir Şahmaloğlu mənə ..." - Şəbnəm Tovuzludan efirdə ŞOK SÖZLƏR

Bu gün "Səhər-Səhər" verilişində Elgizin suallarını cavablandıran Şəbnəm Tovuzlunun çılğın çıxışı diqqətdən qaçmayıb. Aparıcının ictimaiyyət arasında Şəbnəm barəsində deyilən fikirləri xatırlatması müğənnini özündən çıxardıb.

Elgizlə Şəbnəmin sözügedən dialoqu: Bəziləri sənin imicinə irad tutrlar. Deyirlər ki, "Bu qız neçə vaxtdır Bakıda yaşayır, adaptasiya ola bilmir".

- Təki elə hamısı mənim kimi geyinsin. Mənim geyimimə nə olub Allaha şükür!"

Bəziləri çox böyük etiraz edir sənin təxəllüsünə

-  Əşşi ...! Xuraman Şuşalı var, deyərdilər də. Sadəcə, Şəbnəmin daşı çox ağır olur bəzilərinin başına. Qoy danışsınlar! Tovuza nə olub? Tovuz kimi qonaqpərvər, gözəl, mehriban insanları olan yer var? Ləqəb, onu da vaxtı ilə Tacir Şahmaloğlu mənə qoyub da. Milli.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR