Nazənin onlara SÖZ ATDI - VİDEO

"Qardaşlarımın qarşısında başıaşağı olacağım heç nə etməmişəm".Bu sözləri ARB  Ulduz-un "Virtual həyat" proqramının qonağı olan Nazənin deyib. O, ilk dəfə nəvəsindən danışıb: "2017-ci ildə iki nəvəm dünyaya gəldi. Birinin adını Nazənin qoyduq, o birinin adını isə atamın adı ilə Rəhim qoymuşuq. İndi avtomobilə oturan kimi görüntülü zəng edəcəm. Oxumağa başlayan kimi bir oynayacaq ki, gəl görəsən".

Ailəsinin və izləyicilərinin qarşısında başıaşağı olacaq heç nə etmədiyini dilə gətirən sənətçi, hətta düşmənlərinə belə xoş gün arzulayıb: "Mən övladlarımın qarşısında, ailəmin qarşısında, qardaşlarımın, tamaşaçıların, sizin qarşınızda başıaşağı olacağım heç nə etməmişəm. Başım dik gəzirəm. Allah mənim düşmənlərimə də gözəl gün nəsib etsin. Gözəl günə başları qarışsın, Nazənin yadlarından çıxsın. Onlar pis gün yaşasalar, fırlanıb gəlib Nazənindən yapışacaqlar". Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR