Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan Fotoqrafiyası günləri

Gürcüstan Milli Parlament Kitabxanasının sərgi salonunda  Azərbaycan Fotoqrafiyası günləri keçirilib. Bu barədə Olaylar.az - a Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu məlumat verib. 

Onun sözlərinə əsasən, Azərbaycan  və Gürcüstan  fotoqraflarının 120-dən çox foto nümayiş olunub, onların arasında Gürcüstan fotoqraflarının  "Azərbaycan  gürcü fotoqraflarının gözü ilə"  fotoları da nümayiş olundu. "Bakıda və Şəkidə foto ziyarətlərindən olmuş  APG üzvləri 2017-ci ildə Azərbaycan haqda təsüratların fotoqrafiya vasitəsi ilə tamaşaçılara catdırdılar. Gürcüstan tərəfindən 19 müasir, peşəkar və həvəskar fotoqrafın  Nata Zviadadze, Mzia lekveişvili , Xatuna Todua,Tamar Biçinashvili,Tamara  Peikrişvili,  Besik Barkalaia, Ilia Çkadua, Inga Riçkova, Tsitsi Çxeidze, Marikoçarkviani, Maia Tsertsvadze, Sofio Melikidze, Lasha Cabadze , Karlo Salukvadze,Pavle Tvaliaşvili, Maka Makatsaria, Nino Mghebrişvili, Kaxa Pxakadze,  Nino Inadzenin fotoları sərgilənib" - deyə, Mirnaib Həsənoğlu qeyd etdi.

Fotosərgidə 31  Azərbaycan fotoqrafının fotoları nümayiş olunub. Klasik fotoqrafları ilə yanaşı müasir peşəkar və həvəskar fotoqrafların: Aleksandr Ulski,Aleksandr Mişon, Oleq Litvin, Cahangir İbadov, Hacı Akif Ağayev, Kamal Babayev,Yaşar Xəlilov, Rafiq Nağıyev, Hüseyin Hüseyinzadə, Fərid Əşrəfoğlu, Albert Mustafayev, Şahvələd Eyvazov, Asim Talıb, Rauf Umudov,  Dilavər Nəcəfov, Ayxan Əhmədov, İlkin Səlifov, Nurlan Tahirli, Elxan Qəniyev, İradə Qədirova,  Zülfiyyə Seyidzadə, Nadejda Cavad, Könül Süleymanova, Mahir Əhmədov, Vüsalə Yunusova, Çingiz Səmədzadə, Vəli Şükürov, Əli Xudiyev, Arzu Mürvətova, Pəri Arif qızı, Orxan Əzimin fotoları sərgiləndi.

Tədbiri Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu və Gürcüstan Fotoqrafları Assosiasiyasının sədri Kaxa Pxakadze  sərgi iştirakcılarını salamlayaraq, sərgi haqda  məlumat verərək, iki dövlət arasında fotoqrafiya vasitəsi ilə yaranan dostlu əlaqəsindən danışıblar. Daha sonra AFB-nin sədri Mirnaib Həsənoğlu IV İslam Həmrəylik oyunlarının katoloqunu APG kitabxanasına hədiyyə etdi.

Sonda sərgi iştirakşəlarına sertifikatlar təqdim olundu.

Qeyd edək ki, tədbir Gürcüstan Fotoqrafları Assosiasiyası tərəfindən təşkil olunub. Fotolar Dilavər Nəcəfov və Laşa Txhelidzeniyə məxsusdu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR