Azəri qızı Günel növbəti nişanlısından da AYRILDI - AÇIQLAMA

Türkiyədə yaşayan həmyerlimiz Günel Zeynalova növbəti dəfə nişanlısı Cem Ozan Torunlardan ayrılıb. Sənətçi bu barədə instaqram hesabında məlumat verib: "Özəl həyatım üçün aldığım və mənim üçün ən doğru, xeyirli olan qərarı iş həyatımda da reallaşdırdım. "Torunlar Ajans" və orada çalışanlarla bütün əlaqəmi kəsdim".

Açıqlamasında yeni şirkət açdığını da bildirən Günel bunları yazıb: "Bu gündən bütün tədbirlərimi öz şirkətim olan "BYGNL" əməkdaşları təşkil edəcək və işimə onlarla davam edəcəm".

Qeyd edək ki, ötən il nişanlanan cütlük bu il ayrılmış və yenidən barışmışdı. Ancaq cütlüyün münasibətləri əvvəlki formada olmayıb və onlar yenidən ayrılmaq qərarı veriblər. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR