Pərvin Abıyeva Rafet El Romanla SEVGİLİDİR? – AÇIQLAMA

Bu gün türk mətbuatında aktrisa Pərvin Abıyevanın Rafet El Romanla restoranda yemək yeməsi ilə bağlı xəbərlər yayılıb. Türk maqazin müxbirlərinin iddia etdiyinə görə, Rafet və Pərvin sevgilidir. Məlumata görə, onlar yemək yedikdən sonra məkanı ayrı-ayrı tərk ediblər. Paparatsiləri yanıltmaq istəyən müğənni isə makyaj ustası ilə görüntülər verib.

Məsələ ilə bağlı Pərvin Abıyeva ilə əlaqə saxladıq. O, yayılan xəbərlərə belə münasibət bildirdi:

"Yayılan xəbər yalandır. Mən Azərbaycandayam. Türkiyə şirkətləri ilə müqaviləm var. Verilişə çıxmalıyam deyə, çox açıqlama verə bilmərəm". Publika.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR