Bakıda Burak Özçivitlə Fahriye Evceni görmək istəyirsinizsə... - QİYMƏTLƏR

Xəbər verdiyimiz kimi, noyabrın 30-da "Kardeşim benim 2" filminin Bakıda möhtəşəm qala gecəsi keçiriləcək.Qala gecəsində filmin baş rol ifaçısı və rejissoru Burak Özçivit də iştirak edəcək. Özçivit təqdimat mərasiminə xanımı Fahriye Evcenlə qatılacaq.

Park Cinema IMAX "Flame Towers"-də baş tutan qala gecəsinin biletlərinin qiymətləri açıqlanıb. Aktyorla birgə IMAX zalında bilet - 70 AZN, adi zal - 50 AZN, adi zal, iki nəfərlik oturacaq - 110 AZN-dir. Məlumat üçün bildirək ki, Bakıda tanınmış türkiyəli məşhurların rol aldığı filmlərin təqdimatlarının bilet qiymətləri adətən 20-30 AZN arasında dəyişib. İlk dəfədir ki, aktyorla film izləmək 70 manata başa gələcək. Ekran işində müğənni Murad Boz və azərbaycanlı aktyor Kamran Ağabalayev də yer alıb. Publika.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR