Muğam Mərkəzində “Nəqşi cahan sədası” 

Beynəxlaq Muğam Məkrəzində Naxçıvan Muxtar Respublikasının musiqiçilərindən ibarət  "Nəqşi cahan sədası" adlı konsert  keçirilib. Olaylar.az bildirir ki, gecədə NMR - nın Əməkdar artisti Ehtiram Hüseynov,Əməkdar artistlər Tural Nəcəfov,Zülfüqar Mahmudov,Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solisti Təyyar Mədətli,Həsən Babayev,Ələkbər Sadıqov,Əli Mehrəliyev, IV televiziya muğam müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, Ataxan Quliyev, Naxçıvan Dövlət Filarmoniyasının solisti Nərmin Hüseynova, Bülbül adına Orta İxtisas  Musiqi Məktəbinin şagirdi Rəna Mehrəliyeva çıxış ediblər.

Konsertdə xanəndələr "Qarabağ şikəstəsi"ni,"Şahnaz"muğamını, "Sarı gəlin", "Gül açdı", "Şuşanın dağları" xalq mahnılarını, R.Mirişli "İlk sevgi", S.Rüstəmov "Alagöz" mahnılarını səsləndirdilər.

İfaçıları Əbülfəz Məmmədovun rəhbərliyi ilə "Nəqşi cahan"muğam qurupu, konsertmeystr Ağabəy Qurbanov, Nurlan Nuriyev, Fərid Babayev, Rauf Bayramzadə, Nihad Quliyev, Ziya Fətullayev,Günel Fərəcova, Murad Əliyev, Nəcəf Hacılı müşayiət  edirdilər.

Gecədə tanınmış elm xadimləri, musiqiçilər iştirak edirdilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR