Ən yaxşı tələbə filmi - “Od və su”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan ailəsi 2017" IX film festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə öncə "Həyatdan şəklə" adlı foto müsabiqəyə təqdim olunan fotolar nümayiş olunub. Mədəniyyət və İncəsənət Universitetinin Fotoqrafiya üzrə Kino və televiziya fakültəsinin tələbəsi Fahir İmamquliyev, məzunu Elşən Şirbağırov və Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Arzu Mürvətova iştirak ediblər.

Daha sonra "Azərbaycan ailəsi 2017" film festivalına təqdim olunan qısametrajlı filmlərin baxışı keçirilib. Qısametrajlı filmlər üzrə Universitetin məzunları Orxan Rüstəmlinin "Elat", Səbinə Nağıyevanın "Uşaqlara təmizləməyi yox, təmizliyi öyrət", Nərmin Həsənovanın "Gözəgörünməz uşaqlar", Namiq Zeynalovun "Xülya", Ruslan Kərimovun "Yad signal" adlı bədii filmləri xüsusi mükafata layiq görülüb.

Festivalda həmçinin tələbə Binyamin Sailovun "Uçan balıqlar", SABAH qrupu tələbəsi Hüseynağa Aslanovun "Bakı və bakılılar", məzunlar Fərid Kərimovun "Nifrət", Günel Qafarovanın "Hədiyyə" və İlahə Nurullayevanın "Sonuncu mənzil" adlı tələbə filmləri də iştirak edib.

Sonda qaliblər sırasında Kino və televiziya fakültəsinin III kurs tələbəsi Binyamin Sailovun "Od və su" filmi "Ən yaxşı tələbə filmi" nominasiyası üzrə qalib seçilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR