Xalq artistindən aparıcıya: “Zaur da mənim kimi “kəntoşdur”

Xalq artisti Brilliant Dadaşova "5/5" verilişinin qonağı olub. Müğənni hər zaman formada olmasıyla bağlı sualları cavablandırıb. Dadaşova bildirib ki, bunun üçün yalnız idman edir: "Xanımlar elə bilir ki, arıq qalmaq üçün quş südü içmək lazımdır. Amma birincisi qəlbin təmiz olmalıdır. Qəlbin gözəl olması səhhətə də təsir edir. Formada qalmaq üçün yalnız idman etmək kifayətdir".

B.Dadaşova daha sonra sosial şəbəkədən danışıb: "Zaur da mənim kimi "kəntoşdur".  İnstaqrama baxıram, amma vatsapa yazılanları oxumuram. İnstaqramda canlı yayıma girə bilmirəm. Ancaq mahnılarımı yükləyirəm".

Verilişin irəliləyən dəqiqələrində aparıcı Zaur Kamal müğənniyə yazılan sevgi mesajlarını oxuyub: "Bunun instaqramı sevgi dastanıdır. Ülfət yazır ki, yuxularımın qonağısınız. Elnur yazır ki, gecələr səni düşünürəm. Özü də cavan oğlanlar yazır. Biri də göndərib ki, Brilliant xanım sizə sevgimi bildirmişdim, "yox" dediniz". Publika.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR