Azərbaycanlı aktyoru erməni filminə dəvət etdilər — YAZIŞMANIN FOTOSU

Tanınmış aktyor-ssenarist Elsevər Mehdizadəyə erməni rejissor tərəfindən filmə çəkilmək təklifi edilib.

Bu barədə aktyor özü məlumat verib

"Bir erməni sosial şəbəkə vasitəsilə mənə yazdı. Bildirdi ki, sənin istedadını bəyəndiyim üçün filmimizə çəkilməyini istəyirəm. Hətta dedi ki, ssenari də hazırdır. Təbii ki, mən bu təklifdən imtina etdim. Çünki mənim dövlətimin ərazi bütövlüyünü tanımayan dövlətin, xalqın istənilən nümayəndəsi mənimçün düşməndir".

Qeyd edək ki, Elsevər Mehdizadə hazırda "Xəzər" televiziyasında yayımlanan "Ailəcanlı" serialında oynayır. Ölkə.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR