Növbəti sərgi kitablara həsr olunacaq

Oktyabrın 17-də Bakı Xətai Sənət Mərkəzində "Kitabların insan həyatında rolu" adlı rəsm sərgisi açılacaq. Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatı, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi,  Yazıçılar Birliyi,  Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək sərgi "İslam Həmrəyliyi İli"nə həsr ediləcək. Sərgidə 100-dən çox fırça ustasının 150-dək sənət əsəri nümayiş ediləcək. Sərgi çərçivəsində tanınmış şairə Solmaz Kürçaylının "Ana məhəbbəti" kitabının təqdimatı keçiləcək.

Sonda sərginin qaliblərinə kitab hədiyyə ediləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR