"Maşın" şouda qalmaqal: "Mən şəkillərimi atdıracam, səni çıxardıracam" - VİDEO

"Maşın" realiti şouda ulduzlar arasında daha bir qalmaqal baş verib.  Jurnalist Ülviyyə Alovlu ilə müğənni Günel Ələkbərovacanlı efirdən sonra mübahisə edib.  Günel Ülviyyəyə kəskin sözlər deyib: "Mən şəkillərimi atdıracam, səni çıxartdıracam. Sənin özünə dəstək verən lazımdır. Sən kimə dəstək verirsən?" Ülviyyə Alovlu isə Günelin ünvanına "Bildik də, sən əlasan, zorsan, bombasan" sözlərini işlədib.

Mübahisənin hansı səbəbdən baş verdiyini tamaşaçılar bu gün axşam efirə gedəcək buraxılışda biləcək. 

Realiti şouda aparıcı Vüsalə Kərimova, aparıcı İlqar Mikayıloğlu, müğənni Xatun Əliyeva, meyxanaçı Vüqar Əbdulov, aktrisa Tünzalə Əliyeva, aktyor İlkin Misgərli, jurnalist Ulviyyə Alovlu, müğənni Rauf Əhmədov, müğənni Talıb Tale, müğənni Günel Ələkbərova, aparıcı Zemfira Adıgözəlova, repçi Elşad Xose, aparıcı Vüsalə Əlizadə, aktyor Arif Quliyev, aktrisa Mehriban Xanlarova iştirak edirlər. Baku.ws

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR